İranla ziddiyyətlərin pik həddə çatdığı, İsraillə dostluq münasibətlərinin yüksəldiyi bir vaxtda Azərbaycanın birinci ilə ticarət dövriyyəsi İsraildən daha çox olub. Məlumata görə, bu ilin yanvar-may aylarında İranla ticarət dövriyyəmiz 7,6 faiz artıb, İsraillə isə 26 faiz azalıb.
Bəs buna səbəb nədir?
Newscenter.az-ın xəbərinə görə, iqtisadçı Eldəniz Əmirov deyib ki, sahibkarlar üçün şəxsi mənafe daha önəmlidir:
"Yaxud, müharibə səbəbindən daha yaxın logistika daha çox ticarət deməkdir. Amma əsas səbəb çox sadədir.
Bu günün siyasi münasibətləri bu günün iqtisadi münasibətlərinə ciddi təsir edə bilmir. Bu günün siyasi münasibətləri sabahın iqtisadi münasibətlərinə təsir edir. Yəni ki, İran və İsraillə olan bu günki siyasi münasibətlər bu gün üçün yox, gələcək dövr üçün ticari münasibətlərə öz təsirini göstərək. Təbii ki, siyasi münasibət belə qalarsa. Çünki qısa müddətli siyasi ziddiyətlər ticarət dövriyyəsində kəskin dəyişiklik edə bilmir".
Anar Əliyev