Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Separatçıların təxribatları fonunda keçirilən Vaşinqton görüşü -ÖZƏL

Separatçıların təxribatları fonunda keçirilən Vaşinqton görüşü


"ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və erməni həmkarı Ararat Mirzoyan arasında növbəti görüş keçirilib. Nazirlərin sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş adlı layihə çərçivəsində müzakirələrin aparılması Vaşinqton görüşünün əhəmiyyətinin göstəricisidir".

Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, rəsmi Vaşinqton Cənubi Qafqaz regionunda sülh və əməkdaşlıqın yaranmasını istəyir və bu onların regionl maraqları kontekstindədir:

"Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzu, bölgənin coğrafi əhəmiyyəti və Xəzər hövzəsinin cəlbediciliyi ABŞ-ı bizim regionda varlığını artırmağa sövq edir. Bu səbəbdən ilk öncə regionda münaqişənin davam etməsində maraqlı olan Rusiya və İran faktorunu kənarlaşdırmalıdır ki, Vaşinqtonun səyləridə məhz bu istiqamətdədir. ABŞ-ın səyləri fonunda Ermənistan rəhbərliyinin destruktiv yanaşma sərgiləməsi və danışıqların nəbzinə zidd addımlar atması sülh və sabitlik ətrafında ən böyük əngəldir".

AVP rəsmisi deyib ki. görüş əsnasında separatçıların təxribata əl atması İrəvan rəhbərliyinin Qarabağda yaşayan erməniləri və qanunsuz separatçı rejimi danışıqlar prosesinə cəlb etmək cəhdi kimi qiymətləndirilməlidir:

"Azərbaycan tərəfi isə bu məsələləri daxili işi qəbul edir və heç bir beynəlxalq platformada öz daxili məsələlərinin müzakirəsini qəbul etmir. Reallıq budur ki, əgər Ermənistan rəhbərliyi qalib ölkə Azərbaycanın haqlı istəklərini qəbul etməkdə tərəddüd etdikcə sülh danışıqlarında irəliləyişə ümid etmək absurd olar. Və prosesin uzanması özü ilə hərb variantını gətirir".

Anar Əliyev
Xəbəri paylaş