Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sumqayıtda kişi öldürülüb, qohumu şübhəli şəxs qismində saxlanılıb

Sumqayıtda kişi öldürülüb, qohumu şübhəli şəxs qismində saxlanılıb


Sumqayıtda kişi öldürülüb, qohumu şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə Newscenter.az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyulun 2-də Sumqayıt şəhər sakini, 1998-ci il təvəllüdlü Arif Muxtarovun aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1998-ci il təvəllüdlü Əkbər Vəliyevin iyulun 1-də Sumqayıt şəhəri ərazisində aralarında yaranmış mübahisə zamanı bacısının əri Arif Muxtarova bıçaqla xəsarətlər yetirməsi və zərərçəkmişin növbəti gün həmin xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi istintaq edilir.

Əkbər Vəliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Mehman Mehdiyev
Xəbəri paylaş