Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təlim uçuşunda olan hərbi təyyarələr toqquşdu, ölən var -ÖZƏL

Təlim uçuşunda olan hərbi təyyarələr toqquşdu, ölən var


Kolumbiyada təyyarə qəzası baş verib. Belə ki, təlim uçuşu zamanı iki hərbi təyyarə havada toqquşub. Newscenter.az "Haber Global"a istinadən bildirir ki, qəza nəticəsində bir pilot həlak olub.

Villavicencio şəhərindəki Apiay aviabazasında təlim uçuşu üçün havaya qalxan Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus iki T-27 tipli döyüş təyyarəsi havada toqquşub. Qəza nəticəsində təyyarələrdən biri alovlanaraq yerə çırpılıb, digəri isə məcburi eniş edib.

Qəzada pilot polkovnik-leytenant Mario Andres Espinoza Qonzales həyatını itirərkən, Qonzaleslə eyni təyyarədə olan digər pilot isə son anda təyyarədən atılaraq qəzadan sağ çıxıb.

Anar Tağıyev
Xəbəri paylaş