Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Turizm obyektlərində qiymətlər sadə vətəndaşın büdcəsinə uyğun deyil -ÖZƏL

Turizm obyektlərində qiymətlər sadə vətəndaşın büdcəsinə uyğun deyil


"İstər Bakıda, istərsə də regionlardakı turizm istirahət mərkəzlərində qiymətlər çox bahadır. Hətta qeyd edilən obyektlərdə vətəndaşa göstərilən xidmətin dəyəri onun büdcəsinə qətiyyən uyğun deyil. Ona görə də turizm istirahət mərkəzlərində hansısa formada nəzarət tədbirləri həyata keçirilməlidir ki, qiymətlər dəhşətli səviyyədə yüksək olmasın".

Bu fikirlər İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzinin açıqlamasında yer alıb. Mərkəzdən Newscenter-az-a daxil olan açıqlamada bildirilib ki, qeyd olunan mənfi tendensiya regionlarda fəaliyyət göstərən turizm istirahət mərkəzlərində daha çox özünü büruzə verir:

"Təsəvvür edin ki, marketlərdə 30-40 qəpik arasında satılan 0,5 litrlik adi su turizm istirahət mərkəzlərində vətəndaşa 2 manata, bəzi hallarda isə 5 manata təklif edilir. Yaxud 2 yumurta, 1 pomidorun qayğanağını yemək üçün 15-20 manatından keçməlisən. Bütün bunlar isə heç bir halda Azərbaycan vətəndaşının büdcəsinə uyğun deyil".
Mərkəzdən hesab edirlər ki, turizm obyektlərində təklif edilən qiymətlər xarici turistləri də ölkədən qaçmağa məcbur edir, onlarda bir daha Azərbaycana gəlmək seçimi buraxmır:

"Hesab edirik ki, bu sahəyə məsul olan qurumlar, xüsusilə də Dövlət Turizm Agentliyi bu sahədə hansısa addımlar atmalıdır. Turizm obyektlərinə pressturlar həyata keçirmək, mediada özünü reklam etməklə heç nə düzəlmir. Əksinə, turizm sektorunda vəziyyətin getdikcə pisləşməsinə gətirib çıxarır. Ona görə də təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir".

Natiq Orucov
Xəbəri paylaş