Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə dabaq xəstəliyi xəbərdarlığı: Heyvan bazarları bağlandı, karantin elan edildi -ÖZƏL

Türkiyədə dabaq xəstəliyi xəbərdarlığı: Heyvan bazarları bağlandı, karantin elan edildi


Türkiyədə heyvanlar arasında dabaq xəstəliyinin yayılması ilə bağlı xəbərdarlıq edilib. Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, təhlükə ilə əlaqədar xəstəliyin yayılma riski daha çox olan Kütahyada bütün heyvan bazarları bağlanıb.

Kütahya Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Müdirliyinin yaydığı məlumatda bildirilir ki, mərkəzi İnköy rayonunda 10 müəssisədə və Aslanapanın Ortaca kəndində 6 müəssisədə iribuynuzlu mal-qarada dabaq xəstəliyi aşkar edildikdən sonra bütün vilayət boyu karantin tətbiq edilməsinə qərar verilib.

Baytarların peyvənd və dezinfeksiya işləri apardığı şəhərdə seleksiyaçılara xəstəliklə mübarizə və mühafizə üsulları haqqında da məlumat verilib.

Mehman Mehdiyev
Xəbəri paylaş