Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu əleyhinə yürüşə start verilib.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, yürüşə Bolu Bələdiyyə başçısı Tanju Ozcan rəhbərlik edir. Ankarada Atatürkün Anıt qəbri önündən başlanan yürüşə minlərlə CHP-çi qoşulub. Aksiya iştirakçıları sözügedən partiyada ədalətin təmin olunması və dəyişikliyə başlanmasını tələb edirlər.
Aksiya iştirakçıları hesab edirlər ki, ard-arda bir neçə seçkidə məğlub olan partiya rəhbərliyində mütləq dəyişiklik baş verməlidir.
Mehman Mehdiyev