Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə sərnişin qatarı yandı -ÖZƏL

Türkiyədə sərnişin qatarı yandı


Türkiyədə sərnişin qatarında yanğın hadisəsi baş verib. Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, yanğın hadisəsi Dənizlinin Honaz rayonunda qeydə alınıb.

Sərnişin qatarının generator vaqonunda baş verən yanğından dərhal sonra qatarda olan 250 sərnişin mikroavtobuslarla bölgədən təxliyə edilib. İlkin müdaxilədən sonra alov nəzarət altına alınıb.

Qeyd edək ki, qatar Əskişəhər-Dənizli ekspedisiyasını həyata keçirirmiş.

Mehman Mehdiyev
Xəbəri paylaş