04 iyul saat 00.01 radələrində Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra dəmir yolu infrastrukturuna operativ baxış keçirən ADY-nin Fövqəladə Hallar Komissiyası öz işini yekunlaşdırıb.
Newscenter-az-a Səhmdar Cəmiyyətdən bildirilib ki, aparılan yoxlamalara əsasən zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyməmişdir.
Hazırda yük və sərnişin qatarları qrafik üzrə hərəkətlərini davam etdirirlər.
R.Mehdiyeva