"Azərbaycan xalqı tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Artıq yeni həyatın təzahürləri görünməkdədir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının üzvü Mənzər Ağabəyova səsləndirib. O bildirib ki, azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir:
"Kəlbəcər şəhərində İşğal və Zəfər muzeylərinin təməli qoyulub. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcək. Xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər infrastrukturun yenidən bərpasında xüsusi əhəmiyyət kəsb edir. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu, onu göstərir ki, biz bu torpaqların sahibləriyik. Azərbaycan xalq öz torpaqlarının əzəli, əbədi sahibi olaraq, daim bu torpaqlarda üçrəngli bayrağı dalğalandıracaq".
Mehman Mehdiyev