Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda 2 nəfər koronavirusa yoluxub

Azərbaycanda 2 nəfər koronavirusa yoluxub


Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Newscenter.az-a verilən məlumata görə, son sutkada infeksiyaya 2 yeni yoluxma faktı qeydə alınıb.

İndiyədək ölkədə ümumilikdə 831 952 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 660 nəfər müalicə olunaraq sağalıb, hazırda 9 aktiv xəstə var. Bu günə qədər 10 283 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 430, bu günə qədər isə ümumilikdə 7 646 279 test icra olunub.

Eyni zamanda ölkədə son sutka ərzində 192 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 967 420 olub.

Sona
Xəbəri paylaş