Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın beynəlxalq nüfuzu artır, siyasi müstəvidə mövqeyi möhkəmlənir -ÖZƏL

Azərbaycanın beynəlxalq nüfuzu  artır, siyasi müstəvidə  mövqeyi möhkəmlənir


"Azərbaycan Cənubi Qafqazın lider ölkəsi adını bölgədə sabitliyin qorunması naminə apardığı siyasətlə doğruldur". Newscenter-az xəbər verir ki, bu fikirləri YAP üzvü Sevil Qurbanova səsləndirib. O bildirib ki, ölkəmizin beynəlxalq nüfuzu artır, siyasi müstəvidə mövqeyi möhkəmlənir:

"Qarşıdakı illər üçün nəzərdə tutulan quruculuq və abadlıq işlərinin istiqaməti, məqsədi artıq bəllidir. 44 gün davam edən Vətən müharibəsində qazandığımız zəfər hərbi qüdrətimizi təsdiqləməklə görüləcək işlərin prioritetlərini də müəyyənləşdirir. İşğaldan azad edilmiş ərazilərin bərpası, erməni vandalları tərəfindən dağıdılmış yaşayış məskənlərinin müasir şəhərsalma qaydalarına uyğun görkəmə salınması, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaqla, nəzərdə tutulan vəzifələrin həlli Azərbaycanın inkişafına böyük təkan verəcək".

Anar Əliyev
Xəbəri paylaş