Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın Silahlı Qüvvələri ən yüksək səviyyədə innovativ yenilikləri tətbiq edən ordudur -ÖZƏL

Azərbaycanın Silahlı Qüvvələri ən yüksək səviyyədə innovativ yenilikləri tətbiq edən ordudur


"Bu gün iftixarla deyə bilərik ki, Azərbaycanın Silahlı Qüvvələri hərbi əməliyyatlar zamanı ən yüksək səviyyədə innovativ yenilikləri tətbiq edən ordudur. Məhz bunun nəticəsi idi ki, müharibənin gedişində Silahlı Qüvvələrimiz möhtəşəm uğurlara imza atdı, döyüş meydanında öz üstünlüyünü dəfələrlə sübut etdi".

Newscenter.az xəbər verir ki, bu fikirləri YAP üzvü Esmira Hüseynzadə səsləndirib. O bildirib ki, erməni tərəfinin təqribən 30 il ərzində işğal olunan torpaqlarda yaratdığı müdafiə xətlərini, mühəndis qurğularını şücaətlə dağıtdı, komanda məntəqələrini, çox sayda hərbi texnikasını, canlı qüvvəsini məhv etdi:

"Bu, Silahlı Qüvvələrimizin dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilməsinin əbəs deyilmədiyini təsdiqlədi".

Mehman Mehdiyev
Xəbəri paylaş