Cümhuriyyət Xalq Partiyasından olan Bolu bələdiyyə sədri Tanju Özcan partiya lideri Kamal Kılıçdaroğlunu təqaüdə çıxmağa çağırıb.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, bu barədə T.Özcan sözügedən televiziya kanalına müsahibəsində deyib. Bildirib ki, CHP-də dəyişikliklər vacibdir və bu dəyişiklik Kılıçdaroğlunun təqaüdə çıxmasından başlamalıdır.
Qeyd edək ki, dünəndən etibarən Tamju Özcan paytaxt Ankarada CHP-də ədalət və dəyişiklik tələbi ilı yürüş keçirir.
Mehman Mehdiyev