Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DİN sabiq deputatın saxlanılma səbəbini açıqladı

DİN sabiq deputatın saxlanılma səbəbini açıqladı


Vətəndaş Nazim Bəydəmirli vətəndaş müraciəti əsasında araşdırmaya cəlb edilib.

Newscenter-az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

Hazırda N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş