Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın Qərb koalisiyası tərəfindən sanksiyalara məruz qalacağı qaçılmazdır -ÖZƏL

Ermənistanın Qərb koalisiyası tərəfindən sanksiyalara məruz qalacağı qaçılmazdır


"Erməni könüllülərinin ruslara dəstək üçün yaratdığı batalyon xəbəri "keçəl dərman bilsə idi öz başına sürtərdi" misalını yada salır. Qorxaq, fərari erməni toplumunun Rusiya üçün hansı dəstək olacağı gülüş doğurur".

Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov erməni könüllü dəstələrinin Rusiya ilə birlikdə Ukraynaya qarşı döyüşməsinə münasibət bildirərkən səskəndirib. Onun sözlərinə görə, görünən odur ki, ermənilər rusların geriyə strateji qaçmaq üsullarına yiyələnmək və sonra Azərbaycanla döyüşlərdə tətbiq etmək üçün yeni üsullar öyrənməyə çalışırlar:

"Məsələ ondadır ki, keçən dəfə ermənilərin geriyə qaçmaq üsulları o qədər primitiv olub ki, Ermənistanın birinci xanımı Paşinyanın arvadı Anna xanımın xoşuna gəlməyib və o, bunları tənqid edib, hətta hamısına cinayət işi açıb. Amma rusların geri qaçmaqları barədə hələ ki, cinayət işi açılmayıb. Odur ki, bu məxfi metodları öyrənmək üçün erməni kilsəsi xüsusi agentlərini dəstək adı altında rus ordusunun içinə yeridib".

Azır Qasımov onu da deyib ki, Rusiyanın işğalçı siyasətini dəstəkləyən Ermənistanın Qərb koalisiyası tərəfindən sanksiyalara məruz qalacağı qaçılmazdır:

"Artıq bu gündəmdədir və son xəbərdarlıqlar edilib. Hələlik Ermənistanın Rusiyanın əlindən alınması üçün cəhdlər edildiyi bir dövrdə sanksiyalar bir az uzadılır. Eyni zamanda, Azərbaycanla sülh danışıqlarının ABŞ trekinin nəticələri gözlənilir. Buna görə hesab edirəm ki, Ermənistanın sanksiyalara məruz qalıb-qalmayacağı barədə qərar veriləcək".

Anar Əliyev
Xəbəri paylaş