Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstandan Azərbaycana külli miqdarda siqaret keçirilməsinin qarşısı alınıb

Gürcüstandan Azərbaycana külli miqdarda siqaret keçirilməsinin qarşısı alınıb


Balakən Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, “Mazımqara” gömrük postunda Gürcüstan istiqamətindən gələn yük nəqliyyat vasitəsinə həyata keçirilən gömrük yoxlaması zamanı kinoloji xidməti it nəqliyyat vasitəsinin qoşqusuna reaksiya verib.

Newscenter.az DGK-ya istinadən xəbər verir ki, baxış zamanı, qoşqunun yük yerinin arasından döşəməyə dağınıq şəkildə yığılmış Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 222 qutu “Marlboro touch gray” 70 qutu “Parliament Night Blue” və 8 qutu “Marlboro touch gray” markalı, ümumilikdə 300 qutu siqaret aşkar edilib.


Faktla bağlı araşdırma aparılır.

Sona
Xəbəri paylaş