Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hər an ölkəmizdə zəlzələnin baş verməsi istisna edilmir-COĞRAFİYAŞÜNAS -ÖZƏL

Hər an ölkəmizdə zəlzələnin baş verməsi istisna edilmir-COĞRAFİYAŞÜNAS


"Xəzərdə bazar ertəsi gecə baş vermiş zəlzələ dağıntısız və tələfatsız ötüşsə də biz mövcud təbiət hadisəsinə etinasız yanaşmamalıyıq. Zəlzələnin maqnitudası 5.5 - 5.7 bal arasında olub. Yeraltı təkanlar Bakıda və bir sıra şimal-şərq rayonlarında hiss olunub".

Newscenter.az xəbər verir ki, bu fikirləri coğrafiyaşünas Anar Salehoğlu səsləndirib. O bildirib ki, qardaş Türkiyədə keçən aylarda baş verən davamlı zəlzələlər zamanı Azərbaycanda da güclü zəlzələlərin baş verəcəyinin istisna edilmədiyini deyib:

"O, zaman mənə qarşı çıxan və bunun baş verməyəcəyini deyənlər çox idi. Ancaq mən elmi baxımdan onlara izah etməyə çalışırdım ki, Türkiyə kimi Azərbaycan da Alp-Himalay geosinklinal qurşağının üzərində, seysmik fəal ərazidə yerləşir. Bu isə o, deməkdir ki, hər an ölkəmizdə zəlzələnin baş verməsi istisna edilmir".

Anar Salehoğlu qeyd edib ki. tarixdən nəticə çıxarmaq vacibdir:

"Zaman-zaman Azərbaycanın müxtəlif regionlarında güclü zəlzələlər böyük fəlakətlər və insan tələfatı ilə nəticələnib. Təbii fəlakətlərin dağıdıcı təsirlərini minimuma endirmək üçün insanlar bütün işlərdə məsuliyyətli davranmalıdırlar. Hündürmərtəbəli yaşayış binalarının tikintisində, digər infrastrukturların yaradılmasında etibarlılıq prinsipi öndə saxlanılmalıdır".

Coğrafiyaşünas deyib ki, bütün ehtimalları nəzərə almaqla hazırlıqlı olmalıyıq:

"Güclü yeraltı təkanların episentri Xəzər Dənizindən quruya keçərsə, bu Azərbaycan üçün heç yaxşı olmaz. Ümid edək ki, bu baş verməyəcək".

Anar Əliyev
Xəbəri paylaş