Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir -ÖZƏL

İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir


Azərbaycan Ordusu müharibədən sonrakı dövrdə, həm Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin, həm də komanda birliklərinin tərkibini genişləndirməyə davam edir. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Kəlbəcərdə Silahlı Qüvvələr gününü qeyd etməsi də təsadüfi deyildi.

Newscenter.az xəbər verir ki, bu fikirləri tarixçi Vüqar Cəlilov səsləndirib. Onun sözlərinə görə, yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsi Hadrudda istifadəyə verildi və bu, onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir:

"Komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir".

Anar Əliyev
Xəbəri paylaş