"İrəvana göstərilən dəstək əslində münaqişənin davam etməsinə hesablanmış gedişlərdir. Bu mənada Fransanın Ermənistana etdiyi siyasi və hərbi yardımları bu istiqamətdə xarakterizə etmək olar".
Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, Azərbaycanla münasibətləri bərpa etmək və qalıcı sülhün əldə olunmasında istəkli olmayan Ermənistan rəhbərliyi vaxtaşırı təxribatlar törətməklə gərginliyi artırır və artan gərginlik fonunda silahlanma prosesini sürətləndirir:
"Bu mənada düşmən ölkəyə ən böyük dəstək verən dövlətlərdən biri də məhz Fransadır. Biz hər zaman bu nüansı xüsusi olaraq qeyd etmişik ki, Azərbaycan-Ermənistan münasibətlərində qarşı tərəfi dəstəkləyən güclərin maraqları regionda münaqişənin davam etməsi istiqamətindədir".
AVP rəsmisi bildirib ki, Ermənistan tərəfi Fransadan MİSTRAL "Atlas-RC" alçaq radiuslu HHM sistemləri əldə edib:
"Minumum 500 metr, maksimum 6 km uçuş mənzili olan bu DZRK-i 3750 metr hündürlüyə qədər alçaqdan uçan hava hədəfləri üçün təhlükəli bir sistemdir. Fransanın Ermənistana bu tip hərbi avadanlıqları verməsində məqsəd isə ordumuzun pilotsuz uçuş aparatları və kamikadze dron istifadəsinə qarşı mübarizənin təşkil olunmasıdır. Təbii ki rəsmi Parisin bu tip addımları gərginliyi artırmaqa hesablanmış gedişlərdir və mövcud situasiya Fransanın münaqişənin həlli istiqamətində əsəs əngəllərdən biri olmasının təsdiqidir. İndiki vəziyyətdə Ermənistana göstərilən istənilən hərbi yardımın ölkələrimiz arasında güc balansına təsir etmək imkanları yoxdur. Azərbaycan HHQ-ə məxsus pilotsuz uçuş aparatları və digər hava vasitələri düşmən HHM sistemlərinin mənzilinə girmədən belə dəqiq zərbə endirmək iqtidarındadır və texnologiyanın verdiyi üstünlüklər ilə bu imkanlar artan xəttlə inkişaf edir".
Anar Əliyev