“Təbiətin şıltaqlığı nəticəsində ilk zərər çəkən kənd yerlərində əkin-biçinlə məşğul olan iş adamlarının təsərrüfatları olur. Son günlər güclü yağışların yağması ilə baş vermis daşqınlar müxtəlif bölgələrimizdə təsərrüfatlara ciddi ziyan vurub. Təbi ki, baş vermis daşqınlar nəticəsində su altında qalmış əkin sahələrindən nəzərdə tutulmuş məhsulu götürmək mümkün olmayacaq. Bu isə öz növbəsində ölkənin ərzaq təminatına müəyyən qədər mənfi təsir edəcəkdir”.
Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı Fikrət Yusifov qeyri-sabit hava şəraitinin kənd təsərrüfatına vurduğu ziyanla ba Hesab edirəm ki, hökumət baş vermis daşqınlar nəticəsində ayri-ayrı təsərrüfatlara dəymiş ziyanın qarşılanması və ölkədə bununla bağlı yarana biləcək ərzaq qıtlığının aradan qaldırılması məqsədilə qabaqlqyıcı tədbirlər görəcəkdir. Belə hadisələr dünyanın hər yerində baş verir. Bu cür vəziyyətlərdən ən doğru çıxış yolu, gələcək məhsulun sığortalanmasıdır. Ona görə də bu sahədə sığorta sisteminin mükəmməl səviyyədə təşkili olduqca önəmli məsələlərdən biridir. İnkiş etmiş ölkələrdə bu sahədə olduqca yaxşı təcrübə var.
Anar