Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dördüncü könüllülük proqramı uğurla yekunlaşıb.
Newscenter.az Agentliyə istinadən bildirir ki, mart - iyun aylarını əhatə edən proqramın məqsədləri gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların təcrübi biliklərini artırmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaq olub. Proqram çərçivəsində könüllülər fərdi və peşəkar inkişaf təlimlərində, yerli və beynəlxalq tədbirlərdə, sosial aksiyalar və layihələrdə iştirak edib, həmçinin MEDİA Agentliyinin tədbirlərinin təşkilinə dəstək göstəriblər.
Könüllülük proqramının yekunlaşması ilə bağlı MEDİA könüllüləri ilə görüşən Agentliyin İcraçı direktoru Əhməd İsmayılov proqramın nəticələrini müzakirə edib və məzun könüllülərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Proqramı uğurla bitirən könüllülərə sertifikatlar təqdim olunub.
R.Mehdiyeva