Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkəmizin beynəlxalq nüfuzu artır, siyasi müstəvidə mövqeyi möhkəmlənir -ÖZƏL

Ölkəmizin beynəlxalq nüfuzu  artır, siyasi müstəvidə  mövqeyi möhkəmlənir


"Ölkəmizin beynəlxalq nüfuzu artır, siyasi müstəvidə mövqeyi möhkəmlənir. Qarşıdakı illər üçün nəzərdə tutulan quruculuq və abadlıq işlərinin istiqaməti, məqsədi artıq bəllidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri YAP üzvü Sevil Qurbanova səsləndirib. O bildirib ki, 44 gün davam edən Vətən müharibəsində qazandığımız zəfər hərbi qüdrətimizi təsdiqləməklə görüləcək işlərin prioritetlərini də müəyyənləşdirir:

"İşğaldan azad edilmiş ərazilərin bərpası, erməni vandalları tərəfindən dağıdılmış yaşayış məskənlərinin müasir şəhərsalma qaydalarına uyğun görkəmə salınması, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaqla, nəzərdə tutulan vəzifələrin həlli Azərbaycanın inkişafına böyük təkan verəcək".

Mehman
Xəbəri paylaş