Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Respublikada məqsədli şəkildə vətəndaşların qıcıqlandırılması prosesi baş verir -ÖZƏL

Respublikada məqsədli şəkildə vətəndaşların qıcıqlandırılması prosesi baş verir


"Respublikada məqsədli şəkildə vətəndaşların qıcıqlandırılması prosesi baş verir. Bir çox sahələrdə bu, özünü göstərir. İki hadisə ilə özüm şahid oldum.
Aeroportda təyyarəyə bir saat qalmasına baxmayaraq qızın birinci sözü o oldu ki, qeydiyyat vaxtı keçib, artıq gecdir, yəni uça bilməyəcəksiniz. İki günlük Azərbaycana gəlib-qayıtmağa yeddi yüz manat pul alırlar, hələ vətəndaşa dəstək olmaqdan, ilk sözləri onu qıcıqlandırmaq olur. Təbii ki, dediklərini edə bilmədilər, amma Azərbaycanda bütün sahələrdə olduğu kimi məqsəd vətəndaşı incitməkdir".

Newscenter-az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən narazılığını ifadə edib. Bildirib ki, Sumqayıt vergilər idarəsində saat 11.02-də nömrə götürüb və yalnız 14.20-də növbə çatıb:

"İki qızın biri saat 12-də nahara getdi. O gəldi, digəri getdi. Bir sözlə, 3 saatdan çox iki dəqiqəlik işi görmək üçün gözlədim. Hamı əsəbiləşib gedirdi. Vətəndaşa üstdən aşağı baxırlar".

Azər Qasımov deyib ki, Vergilər idarəsi əhalidən tələb etdiyi dəqiqliyə özü də əməl etsə, yaxşı olar:

"Vətəndaşın hesabına milyardlarla pul toplayırlar, amma həmin vətəndaşın əsəbləri ilə oynayırlar" .

Anar Əliyev
Xəbəri paylaş