Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəlzələdən sonra yol infrastrukturuna baxış keçirilir

Zəlzələdən sonra yol infrastrukturuna baxış keçirilir


Bu gecə saat 00:01-də Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin zəlzələ bölgəsində yerləşən müvafiq strukturları gücləndirilmiş iş rejiminə keçiblər.

Newscenter.az-a daxil olan xəbərə görə, Agentliyin mütəxəssisləri tərəfindən gecəboyu yol infrastrukturuna baxış keçirilib, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılıb.

Gün ərzində də yoxlamalar davam etdirilir.

Bundan başqa agentliyin balansında olan bütün körpü və yol ötürücülərinə, yeraltı və yerüstü keçidlərə, tunellərə nəzarət gücləndirilib.

Sona
Xəbəri paylaş