ABŞ-ın respublikaçı senatorları narkotik kartelləri ilə mübarizə üçün Meksikaya qoşun göndərməyi təklif ediblər.
“Newscenter.az xəbər verir ki, Bu barədə “The Wall Street Journal” (WSJ) yazıb.
Respublikaçı senatorlar Lindsi Qrem və Con Kennedi Meksikada narkotik kartellərinə qarşı hərbi əməliyyatları dəstəkləyiblər. Konqresmenlər Den Krenşou və Mayk Valtz narkotik satıcılarına müharibə elan edən və onlara qarşı hava bombalarından istifadəyə icazə verən qanun layihəsi təqdim ediblər.
Respublikaçılar Partiyasından prezidentliyə potensial namizəd Roy DeSantis narkotik qaçaqmalçılığı ilə tutulan hər kəsə qarşı "ölümcül güc" tətbiq edəcəyinə söz verib. Onun rəqibi, keçmiş prezident Donald Tramp da ABŞ-da narkotik qaçaqmalçılığına qarşı mübarizə vəd edir.
Anar Tağıyev