Almaniya hökuməti Buxarestin istəyinə baxmayaraq, Rumıniyaya qoşun yeritməyi planlaşdırmır.
Newscenter.az Almaniyanın DPA agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.
Qeyd olunur ki, NATO çərçivəsində Berlin Vilnüslə, Paris isə Buxarestlə sıx əməkdaşlıq edir. Bu səbəbdən də Almaniya Rumıniyaya qoşun yeritməyə “özünü borclu hesab etmir”.
Bundan əvvəl Rumıniyanın baş naziri Marsel Çolaku Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında demişdi ki, alman əsgərləri Rumıniyada daimi yerləşdirilməlidir və bu qərar federal kanslerlə birgə verilməlidir. "Ümid edirəm ki, Federal Kansler ilə birlikdə bu məsələ ilə bağlı ən qısa zamanda qərar qəbul edəcəyik", - Çolaku deyib.
Anar Tağıyev