Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və digər ölkələrdə kompyuter məlumatlarını oğurlayan zərərli proqram aşkarlanıb -ÖZƏL

Azərbaycan və digər ölkələrdə kompyuter məlumatlarını oğurlayan zərərli proqram aşkarlanıb


Təhlükəsizlik şirkəti “Uptycs” istifadəçilərin kompyuterlərindən məlumat oğurlaya bilən “Meduza Stealer” adlı yeni zərərli proqram növü müəyyən edib.

Newscenter.az xəbər verir ki, bu barədə “TechRadar” portalı bildirib.
Məlumata görə, bu virusun xüsusiyyəti MDB ölkələrinin sakinlərinin kompüterlərinə daxil olduqda özünü məhvetmə funksiyasıdır.

Ekspertlərin sözlərinə görə, “Meduza Stealer” tərəfindən oğurlanan məlumatlar arasında kripto pul kisələri, parollar və iki faktorlu autentifikasiya var. Zərərli proqram həmçinin “Windows” sistem reyestrindən və quraşdırılmış oyunların siyahısından məlumatları toplayır.
Proqram mövcudluğunu gizlətmək üçün xakerin serveri ilə əlaqə kəsildikdə və ya MDB ölkələrindən və Türkmənistandan cihazlara daxil olduqda özünü məhv edir.
Qeyd olunur ki, “Meduza Stealer” abunə yolu ilə və ya birdəfəlik ödənişlə darknet vasitəsilə yayılır. Proqram tərtibatçıları oğurlanmış məlumatların idarə edilməsi üçün veb-interfeys, həmçinin teleqram vasitəsilə texniki dəstək təqdim edirlər. Abunəlik ayda 199 dollara başa gəlir, birdəfəlik alış isə 1 199 dollardır.

Anar Tağıyev
Xəbəri paylaş