Böyük Britaniya Qər texnikasının idarə olunması üçün daha 20-yə yaxın ukraynalı pilot hazırlamaq qərarına gəliblər.
Newscenter.az-ın məlumatına görə, TASS xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippi deyib.
Böyük Britaniya tərəfindən təşkil olunan təlimlərdə Ukrayna Silahlı Qüvvələrinin 20-yə qədər pilotu iştirak edəcək. Belə əsas təlimlər avqust ayında Britaniyada başlamalıdır.
Bundan əvvəl NATO-nun baş katibi Ukrayna Silahlı Qüvvələrinin pilotlarının Niderland və Danimarkada təlim keçdiyini açıqlamışdı. Yens Stoltenberqin sözlərinə görə, ukraynalı pilotlar bu yay F-16 qırıcılarını idarə etməyə hazır olmalıdırlar.
Anar Tağıyev