Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Diaspora Komitəsi dünya azərbaycanlıları qarşısında öz etibarını itirib -ÖZƏL

Diaspora Komitəsi dünya azərbaycanlıları qarşısında öz etibarını itirib


Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlıları qarşısında öz etibarını itirib və özfəaliyyət dərnəyinə çevrilib.

Newscenter.az xəbər verir ki, bu fikirləri diaspor fəali, Dünya Azərbaycanlıları Assambleyasının sədri Rəşad Quliyev səsləndirib. O bildirib ki, sözügedən dövlət qurumu artıq korrupsiya yuvasına çevrilib. Rəşad Quliyev bu neqativ hallara görə, birbaşa Komitə sədri Fuad Muradovun günahkar olduğunu vurğulayıb:

"Fuad Muradovu istefaya dəvət etməyimlə bağlı rəyimi komitə sədri sildirib və hətta məni rəsmi səhifəsində blok edib. Muradov tənqidi qəbul etmir və dözümsüzdür. Budurmu Muradovun idarəçiliyi? Budurmu Muradovun diasporaya yanaşması?".

Rəşad Quliyev deyib ki, Muradov Komitəni məhv edib və bu qurumda artıq Komitəlik bir şey qalmayıb.

Anar Əliyev
Xəbəri paylaş