Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dörd ölkə İranı məhkəməyə verdi -ÖZƏL

Dörd ölkə İranı məhkəməyə verdi


Böyük Britaniya, Kanada, İsveç və Ukrayna 2020-ci ildə Ukraynaya məxsus "Boeing 737" sərnişin təyyarəsinin vurulması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə İrana qarşı iddia qaldırıb.

Newscenter.az xəbər verir ki, bu barədə həmin dövlətlərin Xarici İşlər nazirliklərinin birgə bəyanatında deyilir.

Tehran-Kiyev marşrutu üzrə PS752 təyyarə reysi İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin üzvləri tərəfindən buraxılan iki raketlə vurulub. Təyyarədə olan 176 nəfərin hamısı, o cümlədən 167 sərnişin və 9 ekipaj üzvü həlak olub.

Bəyanatda deyilir ki, İranın davranışları və hərəkətsizliyi ölkənin beynəlxalq hüquqi öhdəliklərinin pozulmasına bərabərdir.

Dörd dövlət İranı faciənin qarşısını almaq üçün tədbirlər görməməkdə, həmçinin beynəlxalq standartlara uyğun olaraq tam, şəffaf və qərəzsiz ibtidai istintaq və məhkəmə araşdırması aparmaq istəməməkdə ittiham edir.

Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing 737-800” 2020-ci il yanvarın 8-də Tehran hava limanından qalxdıqdan sonra qəzaya uğrayıb. İran tərəfinin fikrincə, laynerin düşmən hədəfi olduğu müəyyən olunduğu üçün fəlakətdə hava hücumundan müdafiə sisteminin operatoru təqsirkardır.

Anar TAĞIYEV
Xəbəri paylaş