Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərzaq təhlükəsizliyi barədə ciddi düşünmək lazımdır -ÖZƏL

Ərzaq təhlükəsizliyi barədə ciddi düşünmək lazımdır


"Təbii və insan amili, regional proseslər səbəbindən qış aylarında ərzaq, xüsusilə də taxıl çatışmamazlığı problemi ilə üzləşə bilərik. Ona görə də vaxt itirmədən, indidən bu istiqamətə ciddi diqqət yetirmək və bu istiqamətdə zəruri addımlar atmaq lazımdır".

Bu fikirlər İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzinin açıqlamasında yer alıb. Mərkəzdən Newscenter-az-a daxil olan açıqlamada bildirilib ki, bir tərəfdən Rusiya-Ukrayna müharibəsi, digər tərəfdən bir aya yaxındır ki, Azərbaycanda hökm sürən qeyri-sabit hava şəraiti, sel daşqınları taxıl sahələrinə ciddi ziyan vurub. Bu səbəbdən ölkədə taxıl çatışmamazlığı kimi problem yaşana bilər:

"Düzdür, Azərbaycanda əkilən, becərilən taxıl ərzaq buğdası deyil. Biz ərzaq buğdasını əsasən Rusiya, Ukrayna və Qazaxıstandan alırıq. Rusiya-Ukrayna müharibəsi səbəbindən on min hektarlarla taxıl sahəsinin əkilməməsi, yaxud müharibə səbəbindən çirklənməsi bu ölkədən taxıl alma imkanımızı sıfıra endirib. Eyni ilə bunu Rusiyaya da şamil etmək olar. Ona görə də taxıla, ərzaq buğdasına olan tələbatın ödənilməsi üçün alternativ variantlar barədə fikirləşmək lazımdır".

Natiq Orucov
Xəbəri paylaş