Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hər narkoman mütləq satıcıdır?

Hər narkoman mütləq satıcıdır?


Hər bir narkoman potensial satıcı, onların diliylə desək “bariqa”ya çevrilə bilir. Çünki bir müddətdən sonra şiddətli ağrıları başlayır və mütləq “mal” əldə etmək məcburiyyətindədir. Topdan bir qram alanda məsələn 10 yerə bölür ki onda üçünü- beşini istifadə edib, qalanını satsın. Çünki, həm özünə istifadəyə narkotik maddə saxlaya bilir, həm satıb sabaha "mal" almağa qazana bilir. Onu da qeyd edim ki, satıcılığa görə 12 ilə qədər iş düşür. Bununla mübarizə çox qəliz məsələdir. Ona görə bütün cəmiyyətin problemidir və bununıa yalnız dövlət polis məşğul olsun demək olmaz.

Narokitiklərin istifadəsi ilə bağlı zərərin azaldılmasından bəhs edərkən, istənilən halda Narkosiyasət anlayışı ilə üzləşməli oluruq. Narkosiyasət-Narkotiklərdən istifadə probleminin Dövlət tərəfindən tənzimlənməsi üsuludur. Bu gün Beynəlxalq Narkosiyasəti narkotiklər üzrə 3 Beynəlxalq Konvensiya müəyyən edir: -Narkotik vasitələrə dair 1961 cı il Vahid Konvensiyası (1972 cı il). -"Psixotrop maddələr haqqında" 1971 cı il Konvensiyası -"Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" 1988 il Konvensiyası. Lakin, bu sənədlər narkotiklərdən istifadə edilməsinin tibbi və cəmiyyət üçün vacib olan digər nəticələrini nəzərə almamışdır.

Zərərin azaldılması epidemiya şərtlərində İİV probleminə konkret cavab kimi. -Yanaşma, narkotik vasitələrin istənilən mədəniyyətlərdə istifadəyə edildiyinin və hazırda istifadə edilməsinin proqmatik olaraq başa düşülməsinə əsaslanır. -indiyə qədər hələ mədəniyyətlərin heç birində bu problemi sonadək, nə repressiv yolla, nə də asıllıqdan müalicə edilmə üsulu ilə həll etmək mümkün olmamışdır. Bundan başqa, narkotiklərin istifadəsi ilə bu gün mövcud olan metodlarla mübarizə həm iqtisadi nəzərdən (böyük vəsaitlər boşuna xərclənir) həm də uğurluluq baxımından (Narkotiklərə yox de! və s) faktiki olaraq effektiv deyil.

Hələ ki, bir yolumuz var. Azərbaycanda mövcud "Zərərin Azaldılması" layihəsinə təkan vermək. Bu anlamda mənim təkliflərim var və istənilən quruma bu yolda kömək etməyə də hazıram.

Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, ekspert Emil Maqalov
Xəbəri paylaş