Narokitiklərin istifadəsi ilə bağlı zərərin azaldılmasından bəhs edərkən, istənilən halda Narkosiyasət anlayışı ilə üzləşməli oluruq.
Newscenter.az-ın xəbərinə görə, Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, ekspert Emil Maqalov deyib ki, narkosiyasət narkotiklərdən istifadə probleminin dövlət tərəfindən tənzimlənməsi üsuludur:
"Bu gün Beynəlxalq Narkosiyasəti narkotiklər üzrə 3 Beynəlxalq Konvensiya müəyyən edir: -Narkotik vasitələrə dair 1961 cı il Vahid Konvensiyası (1972 cı il). -"Psixotrop maddələr haqqında" 1971 cı il Konvensiyası -"Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" 1988 il Konvensiyası. Lakin, bu sənədlər narkotiklərdən istifadə edilməsinin tibbi və cəmiyyət üçün vacib olan digər nəticələrini nəzərə almamışdır".
Mehman Mehdiyev