Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan telefon danışığı zamanı olub.
Newscenter.az xəbər verir ki, rəsmilər Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər. Telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.
“Dağlıq Qarabağ ətrafındakı vəziyyət, o cümlədən Laçın dəhlizi boyunca maneəsiz nəqliyyat əlaqələrinin təmin edilməsi məsələləri müzakirə edilib. 2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında bütün sazişlər kompleksinin ardıcıl həyata keçirilməsinin prinsipial əhəmiyyəti vurğulanıb”, - Kremlin teleqram kanalında qeyd olunub.
Qeyd olunur ki, Putin Moskvanın Ermənistan-Azərbaycan sülh müqaviləsinin inkişafına yardım etməyə davam etməyə hazır olduğunu təsdiqləyib. Rusiya prezidenti və Ermənistan hökumətinin başçısı müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər.
Anar Tağıyev