Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tailandda qadın dəfn mərasimində ayılıb -ÖZƏL

Tailandda qadın dəfn mərasimində ayılıb


Tailandda öldüyü güman edilən qadının qohumları onun meyitini dəfn üçün hazırlayarkən həyat əlamətləri göstərib.

Newscenter.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Söhbət qaraciyər xərçənginə görə xəstəxanada olan 49 yaşlı Çataporn Srifonladan gedir. Həkimlər xəbərdarlıq ediblər ki, qadının sağ qalma şansı son dərəcə azdır. Onun qızı Mali həyatının son günlərini sevdiklərinin yanında keçirə bilmək üçün anasını evinə aparmaq qərarına gəlib.

İyunun 29-da həkimlər Çatapornu xəstəxanadan evə aparıblar və yolda xəstənin nəfəsini kəsdiyinə qərar verərək öldüyünü elan etdilər. Malinin anası onu müşayiət edərək yaxınlarına zəng edərək qadının ölümü barədə məlumat verib və onlardan məbəddə vida mərasiminə və sonra kremasiyaya hazırlaşmağı xahiş edib.

Xəstəxana furqonu geri dönüb sərnişinləri məbədə aparıb, buddist ənənəsinə görə, mərhumun meyiti bir gecə qalmalı idi. Yol boyu Mali vida mərasiminə hazırlıq işlərini koordinasiya edib, ziyarətgaha tabut və güllər gətirilib. Ancaq birdən Çataporn özünə gəldi, bundan sonra Mali yenidən qohumlarına zəng edib, lakin bu dəfə anasının özünə gəldiyi xəbəri ilə. Nəticədə qadın tibb müəssisəsinə aparılaraq müalicəyə yerləşdirilib.

Anar Tağıyev
Xəbəri paylaş