Bolqarıstanın müdafiə naziri Todor Taqarev Ukrayna prezidenti Vladimir Zelenskinin iyulun 6-da Sofiyaya gəlişi ilə bağlı məlumatın sızmasından təəssüfləndiyini bildirib.
Newscenter.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Səfər əvvəlcə “təhlükəsizlik baxımından” gizli saxlanılsa da, bir gün əvvəl diplomatik mənbələr Bolqarıstanın “24chasa.bg” nəşrinə planlar barədə məlumat veriblər.
Taqarev Zelenskinin Bolqarıstana səfərini təsdiqləyib və buna görə üzr istəyib.
“Biz bir müddətdir ki, belə bir səfərə hazırlaşırdıq, bu, açıq deyil. Təəssüf edirəm ki, məlumat ictimaiyyətə sızdırılıb”, - Taqarev bildirib.
İyunun əvvəlində Zelenski Moldovaya səfər edib və burada Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makronla görüşüb.
Anar Tağıyev