Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Amerika münaqişənin həllində maraqlıdır -ÖZƏL

Amerika münaqişənin həllində maraqlıdır


Amerika münaqişənin həllində maraqlıdır və beynəlxalq hüququn tələbinə uyğun olaraq hərəkət edir.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Amerikanın regionun güclü ölkəsi kimi Azərbaycana vurğu etməsi və onun mövqeyini dəstəkləməsi Amerikanın düşünülmüş addımıdır:

"ABŞ yaxşı başa düşür ki, Ermənistana vurğu etməsi heç nəyi dəyişmir. Azərbaycan isə Ermənistanla birlikdə özünü Rusiyanın caynağından xilas edə bilər. Azərbaycanın yanında olmaq görüntüsü yaratmaqla Amerika Azərbaycanın əlini gücləndirmək istəyir. Odur ki, Azərbaycanın bütün şərtləri ilə razılaşır. Təhlükəsizlik qsrantiyasını da Azərbaycanın öhdəsinə buraxır. Bu, eyni zamanda, Azərbaycanın beynəlxalq arenada olan nüfuzunun da göstəricisidir. Azərbaycana olan inamın, onun sözünə olan etibarın nümayişidir”.

Anar Əliyev
Xəbəri paylaş