Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Artıq geriyə sayım başlayıb -ÖZƏL

Artıq geriyə sayım başlayıb


"İlin sonuna kimi münaqişədə hansısa nəticə olacağı proqnozu verilir. Sülh müqaviləsinin ilin axırına kimi bağlana biləcəyi deyilir. Yenə tanış ritorika, yenə tanış cümlələr. Həm işğal dövründə, həm də işğal sonrakı dövrlərin ritorikası vasitəçilər üçün eynidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, hər ilin sonuna nəticə gözlənilir, sonra növbəti il başlayır və yenə həmin ilin sonuna nəticə vurğusu edilir:

"Bu, belə də davam edəcək. Amma Azərbaycan növbəti ilin sonunu gözləməyəcək. Azərbaycanın son məsələsi qalıb. O da erməni silahlılarını Qarabağ ərazisindən çıxarmaq. Bunun üçün artıq geriyə sayım başlayıb. Son xəbərdarlıqlar, mesajlar verilir".

Anar Əliyev
Xəbəri paylaş