"Azərbaycan artıq tarixdən öz dərsini alıb. Dəfələrlə ermənilərə verilən şanslar və buraxılan səhvlər artıq olmayacaq".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Azərbaycan bu dəfə işini həm gələcəyə buraxmayacaq, həm də gələcək üçün münaqişə cücərisi qoymayacaq:
"Ya Ermənistan Azərbaycanla sülh içində yaşamaq yolunu seçəcək, ya da Azərbaycan birdəfəlik erməni kartını həm dünya erməniliyinin, həm də revanşist ermənilərin əlindən alıb tarixin zibilliyinə atacaq. Bunun üçün Azərbaycanın imkanları və planları çoxdan hazırdır”.
Anar Əliyev