Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan dəmir yolları ilə sərnişin daşımada 52% artım qeydə alınıb

Azərbaycan dəmir yolları ilə sərnişin daşımada 52% artım qeydə alınıb


2023-cü ilin ilk 6 ayı ərzində Azərbaycan dəmir yolları ilə 3 230 728 nəfər sərnişin daşınıb. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 52% artım deməkdir.

Newscenter-az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, Abşeron dairəvi dəmir yolu xətti üzrə 6 ay ərzində 3 075 520 nəfər sərnişin daşınıb, bu, ötən ilin eyni dövrü ilə müqayisədə isə 47% çoxdur.

Bölgələr üzrə sərnişin daşımada bu ilin əvvəlindən Bakı-Gəncə (Ağstafa)-Bakı marşrutu üzrə 125 772 nəfər sərnişin səyahət edib. Bu ilin mart ayının 18-dən etibarən ilk dəfə fəaliyyətə başlayan Bakı-Qəbələ-Bakı marşrutu üzrə isə 9 704 nəfər sərnişin daşınıb.

R.Mehdiyeva
Xəbəri paylaş