Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan dəmir yolları ilə ümumi yük daşıma 7% artıb

Azərbaycan dəmir yolları ilə ümumi yük daşıma 7% artıb


2023-cü ilin ilk 6 ayı ərzində Azərbaycan dəmir yolları ilə 9 157 703 ton yük daşınıb. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 7% artım deməkdir.

Newscenter-az "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir ki, dəmir yolları ilə Azərbaycana 6 ay ərzində 2 378 078 ton yük idxal olunub, 1 666 091 ton yük isə ixrac olunub.

Dəmir yolları ilə ölkə daxilində 1 585 836 ton yük daşınıb. Tranzit yük daşımaları üzrə göstərici bu ilin 6 ayında 3 527 698 ton təşkil edib.

R.Mehdiyeva
Xəbəri paylaş