Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elza Seyidcahan Anarın AYB-sinə tüpürdü

Elza Seyidcahan Anarın AYB-sinə tüpürdü


Anar "şairəm, yazıçıyam" iddiasında olan hər kəsə yerini göstərdi... AYB-nin növbəti sədrinin Elza Seyidcahan olacağı şübhə doğurmur...

Bu FOTO AYB-nin real ümumi portretidir. Azərbaycan dilini bilməyən bir adam, yazmağı bacarmayan bir qadına üzvlük vəsiqəsi verir...

Qısacasa, Elza Seyidcahanın üzvlüyü AYB-nin kimlərdən ibarət olduğunu, Azərbaycan ədəbiyyatı ilə heç bir əlaqəsinin olmadığını, "kooperativ dükana" çevrilmiş bir qurum olduğunu təsdiqlədi.

"Tüpürüm sizə ağac başından" şedevrinin müəllifi Elza Seyidcahan həqiqətin də Anarın AYB-sinə tüpürdü...
Onun üzvlüyünə ən doğru izahı isə AYB sədri Anar özü verib: "Elza o birilərdən əksik deyil. Yazıçılar Birliyinin üzvlərinin bir çoxundan…"

İndi Azərbaycanda özünü yazıçı və ya şair hesab edən görək, neçə nəfər var... Əgər varsa, görək, Anarın bu təhqiramiz yanaşmasına necə reaksiya verəcəklər? Görək, heç olmasa, bircə nəfər tapılacaqmı ki, bu təhqirə və Elzanın üzvlüyünə etiraz olaraq, AYB-ni tərk etsin... Yoxsa, hamısı reallığı qəbul edəcəklər?

Elçin Xalidbəyli
Xəbəri paylaş