Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa və Ermənistanı eyni iyrənc cinayətlər birləşdirir -ÖZƏL

Fransa və Ermənistanı eyni iyrənc cinayətlər birləşdirir


"Fransa 130 il əvvəl Əlcəzair xalqına qarşı törətdiyi amansız soyqırım siyasəti bu gün də davam etdirir, 17 yaşlı əlcəzairli gənc Nahelin Fransa polisi tərəfindən Nanter şəhərində qətlə yetirilməsi bu vəhşiliyin müasir dövrdə də Parisin “öz ənənəsinə” sadiqliyini göstərir.
Prinsipcə, Fransa və Ermənistanı eyni terror məfkurəsi, Əlcəzair və Azərbaycanı xalqını isə eyni oxşar tale birləşdirir. Hər iki müsalman ölkəsinin dinc sakinləri eyni dinin və əqidənin daşıyıcısı olan Fransa və Ermənistanın genosid siyasətindən bu gün də əziyyət çəkir. Ona görə də sülhpərvər dünya ictimaiyyəti, beynəlxaql təşkilatlar Paris və İrəvanı durdurmalı, insanlıq əleyhinə ağlasığmaz cinayətlərini təkrarlamasına imkan verməməlidir. Əks halda bu bütün tərəqqipərvər dünyanın qan və fəlakətlərlə üzləşməsinə səbəb olacaqdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri Siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki Vaqif Abdullayev səsləndirib. O bildirib ki, Azərbaycanda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində Fransanın müasir müstəmləkəçilik siyasətinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılmasını alqışlayır və bu qlobal palatformaya bir çox beynəlxalq təşkilatların qoşulacağına inanıram:

"Neokolonializmə qarşı dünyanı bir araya gətirən bu təşəbüssün müəllifi olan Azərbaycan Prezidenti Cənab İlham Əliyevin qətiyyətli əzmkar iradəsini müasir dünya siyasətində əsil liderlik xarisması hesab edirəm. Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakı görüşündə Cənab İlham Əliyevin Fransanın neokolonializmi və məkrli regional siyasəti barədə səsləndirdiyi dəyərli fikirlər Parisin əsil faşist simasını əks və ifşa edilməsi baxımından ən dolğun siyasi təsvirdir".

Vaqif Abdullayev qeyd edib ki, Ermənistan 30 il əvvəl Birinci Qarabağ müharibəsində kütləvi şəkildə qətlə yetrirdiyi minlərlə azərbaycanlının cəsədlərinin qalıqlarının təhvil vermədiyi kimi Fransa da soyqırıma məruz qoyduğu Əlcəzair xalqının qəhrəmanlarının qalıqlarını vermək istəmir:

"Cənab İlham Əliyevin “Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir. Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik” bəyanatı bu mənada dərin siyasi məzmun daşıyır. Bu, Fransanın və Ermənistanın eyni bəşəri cinayətlərinin ifşası üçmün ən sərrast ifadədir.
Beləliklə, Müasir dünya Fransa və Ermənistanın terrorizminə laqeyd qalmamalı, hər iki ölkənin insanlıq əleyhinə qanlı cinayətləri, terror ideologiyası lənətlənməlidir. Prezident İlham Əliyev də məhz bu sülhpərvər, insanpərvər mövqe ortaya qoyur və BMT-nin bu məsələyə ciddi reaksiya verməsini tələb edir. Bu, artıq bütün dünya üçün təhlükəyə çevrilən neofaşizmin qarşının alınması üçün mesajdır".

Anar
Xəbəri paylaş