Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İslamofobiya Fransanın rəsmi dövlət siyasətinə çevrilib -ÖZƏL

İslamofobiya Fransanın rəsmi dövlət siyasətinə çevrilib


"Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli amansızcasına qətlə yetirilib. Bu gün hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. Onun sözlərinə görə, hazırkı Fransa hökuməti bütün bu iyrəncliklərə son vermək əvəzinə, ölkədə irqçilik meyllərini, islamofobiyanı daha da qızışdırır:

"İslamofobiya artıq Fransanın rəsmi dövlət siyasətinə çevrilib. Çünki Fransada islamofobiya bu ölkənin müstəmləkəçilik tarixindən qaynaqlanır. Makronun prezidentliyi dönəmində isə fransız hökumətinin yürütdüyü irqçi siyasət bu ölkədə islamofobiyanın, islam düşmənçiliyinin daha da geniş vüsət almasına təkan verib".

Anar Əliyev
Xəbəri paylaş