Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nə qədər ki, vaxt tamam tükənməyib, ermənilər öz taleyini fikirləşməlidir -ÖZƏL

Nə qədər ki, vaxt tamam tükənməyib, ermənilər öz taleyini fikirləşməlidir


"Erməni toplumu olmayan papağını qarşısına qoyub yaxşı fikirləşməlidir. Nə qədər ki, vaxt tamam tükənməyib öz taleyini fikirləşməlidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Azərbaycan onların taleyini hələlik fikirləşir və şans verir:

"Bunu da əvvəla, öz sakitliyi üçün istəyir, sonra isə regionun inkişafı üçün. Azərbaycan region ölkələrinə xəsisliklə yanaşmır. Öz imkanlarını qonşu ölkələrin də inkişafı üçün də təklif edir. Təklif edir ki, region stabil olsun, sülh olsun və bunun sayəsində əldə ediləcək inkişaf bütün region ölkələrinin rifahına sərf edilsin. Bu, hümanist addımdır".

Mehman
Xəbəri paylaş