"Ermənistanın baş naziri Nikol Paşinyanın bu gün verdiyi açıqlamalar onu deməyə əsas verir ki, İrəvan əsla sülh müqaviləsinin imzalanmasının tərəfdarı deyil və bu ölkə yeni bir müharibə tərəfdarıdır".
Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Newscenter-az-a Analitik Qrupdan verilən açıqlamada bildirilib ki, Ermənistan baş nazirinin son açıqlamasının sərsəmlikdən başqa adı yoxdur:
"Görünür Fransa və İranın Ermənistana hərbi dəstəyi İrəvanı ruhlandırıb və bu səbəbdən erməni baş naziri yenidən sərt ritorikanı işə salıb".
Analitik Qrup hesab edir ki, Ermənistan dövləti və hakimiyyətinin bu mövqeyi, qeyri-konstruktiv yanaşması bu dövlət üçün əlavə problemlər yaradacaq.
Anar Əliyev