Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qoşulmama Hərəkatına üzv olan ölkələr Azərbaycanın ədalətli mövqeyini daima dəstəkləyibdir -ÖZƏL

Qoşulmama Hərəkatına üzv olan ölkələr Azərbaycanın ədalətli mövqeyini daima dəstəkləyibdir


Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulub. Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazanıb, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçilib.

Newscenter.az-ın xəbərinə görə, fəlsəfə doktoru Nizami Novruzov bildirib ki, Qoşulmama Hərəkatı ölkələrinin Azərbaycana tam etimadının nəticəsidir ki, üzv dövlətlərin yekdil rəyinə əsasən, ölkəmizin təşkilata sədrliyi daha bir il, yəni 2023-cü ilin sonuna kimi uzadılıb:

“Azərbaycanın 3 il müddətinə bu təşkilata sədr seçilməsi, şübhəsiz ki, diplomatiyamızın növbəti qələbəsi olub. Respublikamız bu təşkilata sədrliyi dövründə söz-əməl vəhdətinə sadiqliyini nümayiş etdirib, üzv ölkələrin maraqlarının, beynəlxalq hüquq və ədalətin tərəfində dayanıb”.

Nizami Novruzov deyib ki, Qoşulmama Hərəkatına üzv olan ölkələr Azərbaycanın ədalətli mövqeyini daima dəstəkləyibdir.

Mehman Mehdiyev
Xəbəri paylaş