Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qoşulmama Hərəkatının Azərbaycanın sədrliyi ilə əldə etdiyi nailiyyətlər -ÖZƏL

Qoşulmama Hərəkatının Azərbaycanın sədrliyi ilə əldə etdiyi nailiyyətlər


“Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatlara öz faydasını verməklə həmin təşkilat və qurumların nüfuzunun artmasına, onların daha mütəşəkkil və çevik bir quruma çevrilməsinə yol açır. Bu sırada Qoşulmama Hərəkatını da xüsusi qeyd etmək lazımdır. Etiraf etmək lazımdır ki, Azərbaycan Qoşulmama Hərəkatının tamhüquqlu üzvü, eyni zamanda sədri olduğu müddətdə adı çəkilən qurum qlobal səviyyədə daha çevik və proseslərə tez bir zamanda reaksiya verən bir quruma çevrilib. Sevindirici odur ki, bunu elə təşkilata üzv ölkələrin özləri də etiraf edirlər”.

Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Newscenter.az-a daxil olan açıqlamada bildirilib ki, bu günlərdə Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşünün keçirilməsi də bunun əyani sübutudur:

“Ümumiyyətlə, ölkəmiz təşkilatın sədri olaraq ötən müddət ərzində qlobal məcrada cərəyan edən proseslərə dəstək ola biləcək bir sıra təşəbbüslərlə çıxış edib və onları reallaşdırıb. Beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, misli görünməmiş bu çağırışla mübarizədə Azərbaycanın təşəbbüsü ilə qlobal səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin də Bakı görüşündə çıxışı zamanı qeyd etdiyi kimi 2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə təşkil edilmiş Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammiti 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə nəticələndi. Bundan əlavə, Qoşulmama Hərəkatının bəzi zəngin ölkələr tərəfindən yürüdülən “peyvənd millətçiliyi”nə güclü etirazı və bunun ardınca bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələrinin qəbul edilməsi Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyinə dəlalət edir”.

Analitik Qrup hesab edir ki, Qoşulmama Hərəkatının nazirlərinin Bakı görüşündə ən yadda qalan hadisə Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması oldu:

“Ümumiyyətlə, Qoşulmama Hərəkatına tamhüquqşu üzv olduqdan və bu quruma sədrlik etdikdən sonra Azərbaycan Hərəkatın institusional inkişafı, xüsusən də müvafiq olaraq 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin növbəti nailiyyətidir”.

Anar Əliyev
Xəbəri paylaş