Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Regionda marağı olan güclərin gələcəyə yönəlik planlarının reallaşması qarşıdurma mühiti yaradır -ÖZƏL

Regionda marağı olan güclərin gələcəyə yönəlik planlarının reallaşması qarşıdurma mühiti yaradır


Regionda marağı olan güclərin gələcəyə yönəlik planlarının reallaşması qarşıdurma mühiti yaradır.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qassımov səsləndirib. O bildirib ki, bu regionda ictimai formasiyalar, quruluşlar qarşı-qarşıya gəlir:

"İstər yaxın qonşumuz İran, Rusiya, istərsə də uzaq ABŞ, Çin olsun. Bunların hamısı ayrı-ayrılıqda bir formasiyanın, quruluşun təmsilçiləridir və ən əsası Azərbaycanla heç bir oxşarlıqları yoxdur. İran belə Azərbaycan üçün nə qədər məsafə baxımından yaxın olsa da, bu dövlətlərdən istər formasiya, istərsə də siyasi maraqlar baxımından ən uzaq ölkədir. Bu ölkələrin bir-biri ilə, eyni zamanda, Azərbaycan və Ermənistanla olan ikitərəfli münasibətləri problemin həllində öz sözünü deyir və onu mürəkkəbləşdirir. Türkiyə bu prosesdə birmənalı olaraq Azərbaycanın yanında olduğu üçün Azərbaycan və Türkiyə bir mövqe təşkil edir, eyni tərəfdən çıxış edir. Odur ki, Azərbaycan deyəndə Türkiyə, Türkiyə deyəndə Azərbaycan nəzərdə tutulur”.

Anar Əliyev
Xəbəri paylaş